Sabiq mer vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Sabiq mer vəfat etdi

Dünya

03 Yanvar 2025 15:52 652


Gürcüstanın tanınmış ictimai-siyasi xadimi Niko Lekişvili 77 yaşında vəfat edib.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, o, müxtəlif illərdə yüksək vəzifələrdə çalışıb.

N.Lekişvili 1990-1991-ci illərdə Gürcüstan Respublikası Ali Şurasının üzvü olub. pizza

1991-ci ilin aprelin 9-da Gürcüstan müstəqilliyinin bərpası haqqında aktı imzalayıb.

O, 1993-1995-ci illərdə Tbilisinin meri, 1995-1998-ci illərdə isə Gürcüstanın dövlət naziri, Gürcüstanın üçüncü (1992-1995), beşinci (1999-2004) və altıncı çağırış (2004-2008) parlamentlərinin üzvü olub. 2019-cu ildə Tbilisinin “Fəxri vətəndaşı” adına layiq görülüb.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze və digər rəsmi şəxslər N.Lekişvilinin vəfatı ilə bağlı başsağlığı veriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!