Sabiq nazirə qarşı 2 milyonluq ittiham

saytların hazırlanması

Evə çatdırılma

Sabiq nazirə qarşı 2 milyonluq ittiham

Rəsmi

02 Mart 2020 20:49 1051


Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan 2 milyon dollar dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. "Yeni Sabah" TASS-a istinadən xəbər verir ki, Ermənistanın Xüsusi İstintaq Xidməti eks-nazirə qarşı bu ittihamı irəli sürüb. Onun barəsində olduğu yeri tərk etməmək barədə imkan tədbiri seçilib. Qeyd olunub ki, o, nazir olduğu 2010-cu ildə Ermənistan "Dzora Su Elektrik Stansiyası" QSC özəlləşdirilərkən saxtakarlığa yol verib. Bu yolla 3.6 milyard dram (təxminən 2 milyon dollar) mənimsəyib. Belə ki, həqiqi dəyəri 4 646 400 000 dram olan QSC 1.046.400.000 drama özəlləşdirilib və dövlətə külli miqdarda ziyan vurulub. Qeyd edək ki, Ohanyan 2008-20106-cı illərdə nazir olub.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!