Rusiyada sabiq nazir evində ölü tapıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada sabiq nazir evində ölü tapıldı - Foto

Hadisə

15 Yanvar 2026 20:07 6455


Rusiya Əmək nazirinin keçmiş müavini Aleksey Sklyar Moskvadakı şəxsi evində ölü tapılıb.

"Yeni Sabah" xəbər verir ki, "SHOT"-un məlumatına görə, 50 yaşlı Aleksey Sklyar Filimonkovskoye kəndindəki evində ölü tapılıb. Evinin qapısı açıq olub və keçmiş məmurun cəsədi dəhlizdə uzanmış halda tapılıb.

Qeyd olunur ki, Sklyar dostlarına mesaj göndərərək ölümündə həyat yoldaşını günahlandırıb. Sezar pizza

Aleksey Sklyar 2018-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb və informasiya sistemlərinə və elektron dövlət xidmətlərinin göstərilməsinə rəhbərlik edib. Sklyar 2022-ci ildə Baş nazir Mixail Mişustinin fərmanı ilə vəzifəsindən azad edilib. /Milli.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!