Sabiq nazirin əmlakına həbs qoyuldu 

saytların hazırlanması

Evə çatdırılma

Sabiq nazirin əmlakına həbs qoyuldu 

Maraqlı

26 İyun 2023 11:56 14056


Ermənistanın keçmiş ətraf mühitin mühafizəsi naziri Aram Arutyunyanın əmlakına həbs qoyulub. 

Yenisabah.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb. 

"Söhbət həm keçmiş məmurun, həm də onun əlaltılarının 30-dan çox daşınmaz əmlak obyektindən gedir", - məlumatda qeyd olunub.  Dominos pizza

Belə ki, Arutyunyan 14 milyon dollar rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Bu işdə keçmiş deputat Aleksan Petrosyan, Suren Avakyan, Sevan psixiatriya xəstəxanasının keçmiş rəhbəri Qaqik Karapetyan, Arutyunyanın qohumları Araks Dilanyan və Viktor Martirosyanın da adı hallanır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!