Sabiq nazirin həbs müddəti uzadıldı 

saytların hazırlanması

Evə çatdırılma

Sabiq nazirin həbs müddəti uzadıldı 

Maraqlı

22 İyul 2023 09:47 1048


Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı müstəntiqin vəsatətinə baxılıb. 

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, keçirilən prosesdə vəsatət təmin edilib və Rafael Əliyevin barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb. 

Qeyd edək ki, Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!