Sabiq nazirin şirkətləri ləğv olunur

saytların hazırlanması

Evə çatdırılma

Sabiq nazirin şirkətləri ləğv olunur

İqtisadiyyat

05 Mart 2022 17:20 854


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus şirkətlər ləğv olunur.

Yenisabah.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində məlumat verilib.

Belə ki, "Improtex Group" MMC-yə daxil olan “İmair Aviakompaniyası” MMC, "İminteks-Tikinti Quraşdırma" MMC, "İmproteks-Prodakşn" kiçik müəssisəsi, "İmproteks-Kommers" kiçik müəssisəsi və "İmprotex Transexpress" MMC ləğv olunduğunu elan edib. pizza mizza

Məlumatda deyilir ki, ilk 3 şirkətin kreditorları tələblərini 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Özbəki̇stan küçəsi, ev 23, son 2 şirkətin kreditorları isə Bakı şəhəri, Nizami rayonu, Mayakovski̇ küçəsi, ev 23 ünvanına bildirə bilərlər.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!