Sabiq prezident 11,5 il müddətinə azadlıqdan məhrum edildi

saytların hazırlanması

Evə çatdırılma

Sabiq prezident 11,5 il müddətinə azadlıqdan məhrum edildi

Dünya

03 İyun 2025 22:18 620


Bişkekin Pervomayski rayon məhkəməsi Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevi bir sıra cinayətlər törətməkdə təqsirli bilib və qiyabi olaraq onu 11,5 il müddətinə azadlıqdan məhrum edib.

Yenisabah.az xəbər verir ki, Atambayev Çuy vilayətinin Koy-Taş kəndində qanunsuz torpaq sahələri əldə etməkdə, habelə Bişkek İES-in modernləşdirilməsi zamanı korrupsiyada və 2019-cu il 7-8 avqust tarixlərində Koy-Taş kəndində kütləvi iğtişaşlar təşkil etməkdə təqsirli bilinib.

Sabiq prezidentin həmçinin əmlakı müsadirə olunub və və bütün dövlət mükafatlarından məhrum edilib. Dominos pizza

7 il 8 ay müddətinə azadlıqdan məhrum edilən prezident administrasiyasının sabiq rəhbəri Faril Niyazov və sabiq deputat İrina Karamuşkina (7,5 il) də daxil olmaqla, bir neçə keçmiş yüksək vəzifəli məmur da eyni cinayət işi üzrə təqsirləndirilən şəxslər arasındadır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!