Sabiq prezident azadlığa buraxılıb -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Sabiq prezident azadlığa buraxılıb - Foto

Dünya

30 Noyabr 2020 17:17 1076


Qırğız Respublikasının Ali Məhkəməsi keçmiş prezident Almazbek Atambayev barəsində çıxarılmış 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasını ləğv edib.

Yenisabah.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə məhkəmənin dəftərxanasından bildiriblər.

Qeyd edək ki, A.Atambayev 2011-2017-ci illərdə Qırğız Respublikasına rəhbərlik edib. O, 2019-cu ilin 8 avqustunda Koy-Taş Çuysk əyalətinin kəndindəki iqamətgahında saxlanılıb. Eks-prezidentə qarşı bir sıra ittihamlar irəli sürülüb və o, azadlıqdan məhrum olunub. A.Atambayev dəfələrlə bildirmişdi ki, bu ittihamları siyasi təqib hesab edir. Dördpendirli pizza

Xatırladaq ki, Bişkekin Pervomay rayonunun Məhkəməsi cinayətkar aləmin tanınmış fiqurlarından olan Əziz Batukayevin qanunsuz olaraq azadlığa buraxılması işi üzrə bu ilin iyununda A.Atambayevi 11 il müddətinə azadlıqdan məhrum etmişdi. Ə.Batukayev 2006-cı ildə 16 il azadlıqdan məhrum edilmişdi.

A.Atambayev bu ilin oktyabrın 5-də etiraz aksiyaçıları tərəfindən həbsxanadan çıxarılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!