Sabiq prezident vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Sabiq prezident vəfat etdi - Foto

Dünya

05 İyun 2025 23:57 461


Zambiyanın keçmiş Prezidenti Edqar Lunqu 68 yaşında vəfat edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Lunqunun başçılıq etdiyi müxalif Vətənpərvər Cəbhə partiyası məlumat yayıb.

"Cənubi Afrikada xüsusi müalicə alan keçmiş prezident iyunun 5-də vəfat edib", - partiyanın bəyanatında deyilir. Olüm səbəbi açıqlanmayıb. Toyuqlu pizza

Xatırladaq ki, Lunqu 2015-ci ilin yanvarında Zambiya prezidenti seçilib. O, yenidən seçilmək istəsə də, 2021-ci ilin yayında keçirilən prezident seçkisində müxalifət nümayəndəsi Hakainde Hiçilemaya uduzub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!