Maldiv Respublikasının keçmiş prezidenti, hazırda Xalq Məclisinin sədri Məhəmməd Naşid Maledə baş verən partlayış nəticəsində yaralanıb.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda o, xəstəxanada müalicə alır.
Partlayışın eks-prezidentin evinin yaxınlığında baş verdiyi bildirilir. Asayiş keşikçiləri yerli sakinləri partlayışın baş verdiyi əraziyə getməməyə çağırıb. pizza sifarişi
Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır./Modern.az
Telegram kanalımız