Sabiq prezident vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Sabiq prezident vəfat etdi - Foto

Dünya

14 Fevral 2021 19:39 1081


Argentinanın eks-prezidenti Karlos Menem dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, bu barədə TN telekanalı bildirib.

Məlumata görə, o, 90 yaşında vəfat edib. Menem ötən ilin dekabrında xəstəxanaya yerləşdirilmişdi. Sabiq dövlət başçısı sidik sistemi infeksiyasından əziyyət çəkirdi. pizza hut

Argentinada Menemi "böyük transformasiyanın atası" adlandırırdılar. O, prezident postunda özəlləşdirmə və maliyyə sabitləşməsi kimi bazar islahatlarını keçirib, inflyasiyanın azalmasına nail olub. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!