Sabiq rektor dünyasını dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Sabiq rektor dünyasını dəyişdi

Sosial

17 Oktyabr 2025 14:18 1342


1993-1999-cu illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, 2000-2020-ci illərdə isə İstanbul Texniki Universitetində çalışan professor Rafiq Mehdiyev bu gün səhər saatlarında vəfat edib.

Yenisabah.az modern.az-a istinadla xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat yayıb.

O, daxili yanma mühərrikləri üzrə dünya şöhrətli alim, Türkiyənin ilk yerli traktor motorunun ixtiraçısı idi. 300-dən çox elmi əsərin, 15-ə yaxın ixtiranın müəllifi olan alimin son ixtiralarından biri maye qazla işləyən dizel mühərrikidir və bu ixtira Türkiyədə böyük uğur qazanıb. Toyuqlu pizza

Rafiq Mehdiyev Türkiyədə çalışdığı dövrdə müdafiə sənayesi quruculuğunda yaxından iştirak edib.

Alimin bir sıra ixtiraları bəzi qərb dövlətlərində, o cümlədən İngiltərə, İtaliya, Almaniya, eləcə də Rusiya və Yaponiyada patentləşdirilib. Yetişdirdiyi 20-dən artıq alimin arasında ABŞ, Almaniya, Hindistan, İraq, Polşa və Ukrayna vətəndaşları da var.

Rafiq İsrafil oğlu Mehdiyev 5 dekabr 1936-cı ildə Cəbrayıl şəhərində anadan olub. 1958-ci ildə o zamankı Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) mexanika fakültəsini bitirib, 1964-cü ildə namizədlik, 1981-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!