"Xəzər Lənkəran"ın sabiq futbolçusu Etame Mbillan Türkiyə aşağı liqasında (TFF 1-ci Liqa) çıxış edən “Adanaspor”la anlaşıb.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, kamerunlu hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Futbolçunun son klubu “Alanyaspor” olub.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2013/14 mövsümündə “Xəzər Lənkəran”da (Azərbaycan çempionatında çıxışını dayandırıb) çıxış edib və 35 oyuna 11 qol vurub. Toyuqlu pizza

Telegram kanalımız