Sabir Rüstəmxanlı da seçkiyə qatılır – VHP sədri əyaləti seçir

saytların hazırlanması

Evə çatdırılma

Sabir Rüstəmxanlı da seçkiyə qatılır – VHP sədri əyaləti seçir

Siyasət

16 Dekabr 2019 08:48 1550


Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı da növbədənkənar parlament seçkilərində iştirak edəcək. 

Bu barədə məlumat Yenisabah.az-a VHP-dən daxil olub. Məlumatda bildirilir ki, Sabir Rüstəmxanlı digər tanınmış simalardan fərqli olaraq seçki yarışına paytaxtdan deyil, əyalətdən qatılmaq niyyətindədir. 

Bildirilir ki, VHP sədri namizədliyini 72 saylı Yardımlı-Masallı seçki dairəsindən irəli sürmək niyyətindədir. Məlumata görə, Sabir Rüstəmxanlının iddiasını hələ açıqlamaması rəqiblərinin kimlər olacağını gözləməsi ilə bağlıdır.  Pepperoni pizza

“Sabir bəy, istənilən halda bu dairədən namizədliyini irəli sürəcək. Sadəcə bilmək istəyir ki, rəqibləri kimlər olacaq. Buna uyğun da seçki strategiyası qururlacaq”, - deyə VHP-dəki mənbə bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!