Sabirabad sakinindən narkotik və silah götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Sabirabad sakinindən narkotik və silah götürüldü

Kriminal

09 Sentyabr 2020 09:52 946


Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli olan rayonun Cəngan kənd sakini, əvvəllər məhkum edilmiş Şahin Hüseynov saxlanılıb.

Ş.Hüseynovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman orada aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 27 ədəd çətənə kolu və çəkisi 14 kq olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Həmçinin Ş.Hüseynovun həmin yerin mühafizəsi məqsədi ilə istifadə etdiyi 1 ədəd tüfəng də maddi sübut kimi götürülüb. Toyuqlu pizza

Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!