Sabirabad sakinlərindən külli miqdarda narkotik tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Sabirabad sakinlərindən külli miqdarda narkotik tapıldı

Kriminal

23 İyun 2021 12:13 782


Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Şəhriyar kənd sakinləri Binyamin Hüseynov və Cəfər Cəfərovu saxlayıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, B.Hüseynovun kənd ərazisində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman 66 ədəd aqrotexniki qaydada yetişdirilmiş çətənə bitkisi və 8 kiloqram qurudulmuş marixuana, C.Cəfərovun evinə baxış keçirilən zaman isə 9 ədəd çətənə bitkisi və 2 kiloqramdan artıq qurudulmuş marixuana da aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!