Sevdiyi qızı məzun gecəsində bıçaqladı - RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Sevdiyi qızı məzun gecəsində bıçaqladı - RƏSMİ AÇIQLAMA

Kriminal

21 İyun 2021 11:17 1258


Sabirabad rayonunda məzun gecəsi şənliyində 17 yaşlı qız bıçaqlanıb.

DİN Mətbuat xidmətindən Yenisabah.az-a bildirilib ki, dünən rayonun Surra kəndində yerləşən “Ana Kür” restoranında məktəblilərin təşkil etdiyi məclisdə bıçaqlanma hadisəsi baş verib.

Sabirabad sakini, 2002-ci il təvəllüdlü Qasımlı Sübhan Eldəniz oğlu həmyerlisi, 2004-cü il təvəllüdlü N. N.-i kürək nahiyəsindən bıçaqlayıb. Pepperoni pizza

Faktla bağlı cinayət işi başlanılıb, hazırda həmin şəxsin saxlanılması istiqamətində istintaq tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İlkin məlumata görə, Sübhan N.-i sevirmiş. S.Qasımlı onu bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.

Xatırladaq ki, iyunun 16-da Ağstafa rayonunun Muğanlı kəndində "Son zəng"dən sonra məzunlar arasında bıçaqlanma hadisəsi baş verib. 17 yaşlı Zeynallı Orxan Mirtalıb oğlu üzərində gəzdirdiyi bıçaqla həmyaşıdı, sinif yoldaşı Bayramlı Ramal Rüfət oğlunu bıçaqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!