Sabirabadda 28 May – Müstəqillik Gününə həsr olunmuş bayram konserti keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadda 28 May – Müstəqillik Gününə həsr olunmuş bayram konserti keçirildi - Fotolar

Sosial

29 May 2025 19:12 1213


Sabirabad şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş bayram konserti keçirilib.

Yenisabah.az xəbər verir ki, konsert Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.

Bayram tədbirində ölkəmizin müstəqillik tarixini və milli kimliyini əks etdirən çıxışlar, həmçinin zəngin bədii proqramla təqdim olunub. Konsert zamanı Azərbaycanın dövlət müstəqilliyinin əhəmiyyəti, tarix boyu bu yolda qazanılan uğurlar və mədəni irsimizin qorunması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verilib, gənc nəslin milli dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyi vurğulanıb. Tədbirin rəsmi hissəsində Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev və məktəbin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova çıxış edərək Azərbaycanın Vətən uğrunda canından keçən şəhidlərinin ruhunun daim uca tutulduğunu qeyd ediblər.

Konsert proqramını sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Babayeva açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı və inkişaf tarixi haqqında geniş məlumatla çıxış edib. Daha sonra isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri maraqlı konsert proqramını dinləyicilərə təqdim ediblər. Proqramda Azərbaycan və xarici bəstəkarların, o cümlədən, Ü.Hacıbəylinin “Çırpınırdı Qara dəniz”, “Cəngi”, F.Əmirovun “1001 gecə” baletindən fragmentlər, Q.Qarayevin “Yeddi gözəl” baletindən Vals,  Niyazinin “Qaytağı”, A.Piazzolanın “Libertango” və s. bəstəkarların əsərləri səslənib.  

Proqram dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb və alqışlarla müşayiət olunub. Toyuqlu pizza

Bununla yanaşı məktəbin direktoru Könül Hüseynova fortepiano ixtisası üzrə ustad dərsi keçərək pedaqoji təcrübəsi ilə bölüşüb. Ustad dərsi dinləyicilər, eləcə də şagirdlər tərəfindən böyük marağa səbəb olub. Daha sonra Könül xanım müəllifi olduğu “Robert Şumanın yaradıcılıq nümunələrinin ifaçılıq və təfsir xüsusiyyətlərinin özəlliklərinə dair” adlı dərs vəsaitini məktəbin müəllim və şagirdlərinə öz imzası ilə təqdim edib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Babayeva

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!