Fövqəladə Hallar Nazirliyi (FHN) Sabirabad rayonunda avtomobilin su kanalına düşməsi və sürücünün ölməsi barədə məlumat yayıb.
Yenisabah.az xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Bala Həşimxanlı kəndi ərazisində “Mercedes-Benz” markalı minik avtomobilinin su kanalına düşməsi barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin səyi nəticəsində avtomobil su kanalından çıxarılıb və içərisində aşkarlanan 1981-ci il təvəllüdlü Mirzəyev Elman Nizam oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib. Pepperoni pizza
Telegram kanalımız