Sabirabadda avtomobil su kanalına aşdı

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadda avtomobil su kanalına aşdı

Hadisə

11 Yanvar 2025 20:56 438


Sabirabadda avtomobil su kanalına aşıb, xəsarət alanlar var.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Xəlfəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil qəflətən idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb. pizza

Qəza nəticəsində ilkin məlumata görə, 4 nəfər xəsarət alıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xəsarət alanlar təxliyə edilərək Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!