Sabirabadda avtomobilin vurduğu piyada xəstəxanada öldü

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Hadisə

25 Dekabr 2020 21:30 1180


Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində axşam saatlarında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Yenisabah.az xəbər verir ki, rayonun Suqovuşan kənd sakini, 1988-ci il təvəllüdlü Əhmədov Elşad Eldar oğlu idarə etdiyi “Mercedes” markalı 54 BX 250 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Kürkəndi kənd sakini, 1939-cu il təvəllüdlü Əhədov Əliheydər Saday oğlunu vurub. 

Nəticədə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən piyada aldığı kəllə-beyin travmasından keçinib.  Pepperoni pizza

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

/APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!