Sabirabadda avtomobillər toqquşdu, xəsarət alanlar var

Sabirabadda avtomobillər toqquşdu, xəsarət alanlar var

Hadisə Veb saytların hazırlanması

10 Dekabr 2023 21:23 791


Sabirabadda "Niva" və "Mersedes" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Qaratoğay kəndində qeydə alınıb.

Qəza zamanı kənd sakinləri: - 1959-cu il təvəllüdlü Kərimova İradə Hacımayıl qızı, 1998-ci il təvəllüdlü Bağırzadə Zinyət Qurban qızı və Bağırova Fərziyyə Hacımayıl qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!