Sabirabadda erkən nikahın qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadda erkən nikahın qarşısı alındı

Sosial

20 Oktyabr 2025 16:54 390


Sabirabad rayonunun 17 yaşlı Türkədi kənd sakini Zəhra Salmanlının 35 yaşlı Yolçubəyli kənd sakini Orxan Mehbalıyevlə erkən evliliyə cəlb edilməsi faktı ilə bağlı məlumatı araşdırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qız toyu mərasimind\n sonra Orxan Mehbalıyevin anası Şairə Mehbalıyeva oğlan toyunun Zəhra Salmanlının 18 yaşı tamam olduqdan sonra keçiriləcəyini bildirib.  Dördpendirli pizza

"Qanuna əsasən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsinə görə, yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə mərasimlərin keçirilməsinə görə cəza tədbirlərin görülməsi nəzərdə tutulur.

Faktla bağlı Qanun çərçivəsində tədbirlərin görülməsinə dair Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara məktub göndərilib", - məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!