Sabirabad şəhərində yanğın hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə, ümumi sahəsi 220 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 140 m² sahədə, evə bitişik ümumi sahəsi 40 m² olan talvarın taxta atmaları yanıb. Dördpendirli pizza
Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Telegram kanalımız