Sabirabadda oğul özünü yandırdı, atası və qardaşı...

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadda oğul özünü yandırdı, atası və qardaşı...

Hadisə

04 İyul 2023 10:25 1270


Sabirabad rayonunda intihar hadisəsi baş verib. 

Yenisabah.az xəbər verir ki, rayonun Yolçubəyli kənd sakini, 33 yaşlı Samir Quliyev iyulun 2-si axşam saatlarında üzərinə benzin tökərək özünü yandırıb. 

Hadisə zamanı Samirin atası Sabir Quliyev və qardaşı Sabit Quliyev onu xilas etməyə çalışıblar və söndürməyə nail olublar. Bu zaman ata və oğlu da yanıq xəsarətləri alıblar.  pizza hut

Hər üç şəxs daha sonra xəstəxanaya parılıb. Samir Quliyev Bakıdakı Yanıq Mərkəzində aldığı xəsarətlərdən vəfat edib. Onun atası və qardaşının müalicəsi davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!