Sabirabadda iki avtomobil toqquşub, sürücü ölüb
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, hadisə Qarağac kəndində qeydə alınıb.
"VAZ 2106" markalı avtomobillə "KİA" markalı avtomobilin toqquşması nəticəsində birincinin sürücüsü Azadakənd kənd sakini, 1998-ci il təvəllüdlü Hüseynov Nəbi Bəxtiyar oğlu xəsarət alıb. Dominos pizza
Ağır vəziyyətdə Şirvan xəstəxanasına çatdırılan yaralı bir neçə dəqiqədən sonra orada keçinib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız