Sabirabadda qəza: Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadda qəza: Xəsarət alanlar var

Hadisə

03 Aprel 2024 23:17 827


Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

“Report”un məlumatına görə, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Jiquli” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub. pizza sifarişi

Qəza nəticəsində Saatlı rayonunun Əlisoltanlı kənd sakinləri - 1953-cü il təvəllüdlü Əli Əliqulu oğlu Nəzərov və 1970-ci il təvəllüdlü Məhərrəm Təhməz oğlu İslamov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!