Sabirabadda su kanalında boğulan 17 yaşlı oğlanın meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadda su kanalında boğulan 17 yaşlı oğlanın meyiti tapıldı

Hadisə

26 Avqust 2024 21:32 483


Sabirabad sakininin meyiti su kanalından çıxarılıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Məmişlər və Kürkəndi kəndi ərazisindən keçən su kanalında qeydə alınıb.

Belə ki, rayonun Məmişlər kənd sakini, 2007-ci il təvəllüdlü Elçin Eldəniz oğlu Quliyev beton su kanalında çimərkən boğulub. Dominos pizza

Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Dalğıc-xilasedicilər tərəfindən axtarışlar nəticəsində E.Quliyevin meyiti batdığı yerdən beş kilometr aralıda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktkla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!