Sabirabadda təcili yardım maşını qəzaya uğradı:   Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadda təcili yardım maşını qəzaya uğradı: Xəsarət alanlar var

Hadisə

18 Sentyabr 2023 20:56 529


Sabirabadda təcili yardım maşını ilə digər avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, İmişli rayonuna məxsus təcili yardım maşını “VAZ-21011” markalı avtomobillə toqquşub. pizza

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!