Sabirabadda yol qəzasında xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadda yol qəzasında xəsarət alanlar var

Hadisə

19 Fevral 2021 00:53 779


Sabirabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə magistral yolunun rayonun Xəlfəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “Mersedes” markalı minik avtomobili ilə “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Sezar pizza

Onlardan biri də Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 2013-cü il təvəllüdlü Qəhrəmanlı Cəsur Ceyhun oğludur.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!