Sabirabadın 17 kəndi qazsız qalacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadın 17 kəndi qazsız qalacaq

Sosial

23 İyun 2025 15:46 288


Sabah Sabirabad rayonunun 17 kəndində qaz təchizatı dayandırılacaq.

Yenisabah.az xəbər verir ki, qaz təchizatı dayandırılmasına səbəb diametri 315 mm-lik PE “Ulacalı-Qaragüney” orta təzyiqli yeraltı qaz kəməri üzərində quraşdırılmış Dş 300 mm-lik siyirtmənin flyans birləşmələrində yaranmış qaz sızmasının aradan qaldırılmasıdır.

Bu məqsədlə iyunun 24-də saat 10:00-dan etibarən işlər başa çatanadək Sabirabad rayonunun Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovşan, Bulduq, Ətcələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 7 846 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!