Şabran çaydan 2 meyit çıxarıldı - ADLAR

saytların hazırlanması

Evə çatdırılma

Şabran çaydan 2 meyit çıxarıldı - ADLAR

Sosial

17 Aprel 2025 10:48 292


Şabran çayında meyiti tapılan şəxslərin kimliyi məlum olub.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu, 59 yaşlı Şirvan şəhər sakini Məmmədov Nurməmməd Qəhrəman oğlu və 63 yaşlı Salyan rayon sakini Nağıyev Etibar Hafiz oğludur.

İlkin məlumata görə, onlar işə gedən zaman selə düşüblər. pizza

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

Aprelin 16-da Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!