Şabranda 65 yaşlı kişi itkin düşdü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Şabranda 65 yaşlı kişi itkin düşdü - Foto

Hadisə

29 May 2023 10:40 776


Şabranda 65 yaşlı kişi itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, rayonunun Qələgah kənd sakini, 1958-ci il təvəllüdlü Ənvər Müslümov may ayının 25-i saat 04  radələrində yaşadığı evdən “Mersedes-Benz” markalı avtomobil ilə çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb.

Qeyd edək ki, həmin avtomobil bir müddət sonra kənd ərazisində aşkar edilib. pizza mizza

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, eləcə də Şabran Rayon Polis Şöbəsinin (+994)70-233-27-23 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!