Şabranda dəhşət:   Hasar 11 yaşlı uşağın üzərinə aşdı

saytların hazırlanması

Evə çatdırılma

Şabranda dəhşət: Hasar 11 yaşlı uşağın üzərinə aşdı

Kriminal

02 Aprel 2021 11:13 1071


Aprelin 1-də saat 14 radələrində Şabran şəhəri, M.Əsədov küçəsində 2010-cu il təvəllüdlü Məmmədov Fəqan Ruslan oğlunun üzərinə hasar aşması nəticəsində xəsarətlər alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şabran rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumatına görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Fəqan Məmmədov əmisi oğlu, 2011-ci il təvəllüdlü Məmmədov Pənah Zaur oğlu və qonşusu, 2007-ci il təvəllüdlü Məmmədov İlkin Mahir oğlu ilə evlərinin yaxınlığında oynadıqları zaman güclü küləyin təsirindən qonşuluqda yerləşən evin daş hasarının üzərlərinə aşması nəticəsində Fəqan Məmmədov aldığı xəsarətlərdən ölüb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!