Şabranda evlərini tərk edən koronaviruslu xəstələr saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Şabranda evlərini tərk edən koronaviruslu xəstələr saxlanıldı

Hadisə

29 Noyabr 2020 11:37 780


Şabran rayonunda yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstələri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən iki nəfərin – rayon sakinləri B.Aslanov və Z.Cavadovun karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.

Həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısı alınıb və yenidən yaşadıqları ünvana gətiriliblər. Dominos pizza

Həmin şəxslərin törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!