Şabran rayonunda dəmir yolu xəttinin inşası zamanı bədbəxt hadisə baş verib.
Yenisabah.az xəbər verir ki, "KamAZ" markalı yük avtomobili həmin ərazidə çalışan işçi, 1992-ci il təvəllüdlü Rüstəmov Rüstəm Ağacan oğlunun üzərindən keçib.
Nəticədə R.Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Toyuqlu pizza
Onun xəsarətləri ağır olduğuna görə paytaxtdakı xəstəxanaların birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Tikintini "Kolin İnşaat" şirkəti həyata keçirir.
Telegram kanalımız