Şabranda “Xaşxaş-2021” əməliyyatı: Saxlanılan var

saytların hazırlanması

Evə çatdırılma

Şabranda “Xaşxaş-2021” əməliyyatı: Saxlanılan var

Kriminal

18 Avqust 2021 10:53 858


“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Yenisabah.az-a verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin maddəsini üzərində gəzdirməkdə şübhəli bilinən rayon sakini Asim Mircəfərov saxlanılıb.

Saxlanılarkən həmin şəxsin üzərinə baxış keçirilən zaman psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülüb. pizza

Faktla bağlı istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!