Bakının Sabunçu rayonunda yanğın baş verib.
Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Sabunçu rayonunda ümumi sahəsi 110 kvadratmetr olan kürsülü, birmərtəbəli, 3 otaqlı evin 1 otağının, dəhlizinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 kvadratmetr sahədə, mətbəxinin yanar konstruksiyaları 16 kvadratmetr sahədə yanıb. pizza hut
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Telegram kanalımız