Sabunçuda təcili yardım avtomobili qəzaya düşdü, tibb işçiləri xəsarət aldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Sabunçuda təcili yardım avtomobili qəzaya düşdü, tibb işçiləri xəsarət aldı - Foto

Hadisə

24 Yanvar 2020 19:28 1238


Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb.

9 saylı Təcili Yardım Stansiyasının təcili təxirəsalınmaz tibbi yardım xidmətinin avtomobili çağırışdan geri dönərkən  “Hyundai” markalı avtomobillə toqquşub.  Dördpendirli pizza

Qəza nəticəsində tibb bacısı, sürücü və feldşer xəsarət alıb. "Hyundai" markalı avtomobildə olan xanım sərnişin də yaralanıb.

Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.

Əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hər iki sürücü Sərxoşluğun Təyin Edilməsi Məntəqəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!