Şad xəbər: Bu şəxslərə sərfəli kreditlər veriləcək 

saytların hazırlanması

Evə çatdırılma

Şad xəbər: Bu şəxslərə sərfəli kreditlər veriləcək 

İqtisadiyyat

03 Aprel 2023 08:20 16432


2022-ci ilin IV rübündə banklar tərəfindən verilən biznes kreditləri üzrə standartlarda yumşalmalar baş verib.

Yumşalma əsasən qısamüddətli və milli valyutada olan biznes kreditləri üzrə olsa da, uzunmüddətli kreditlərin verilmə şərtlərində də yumşalmalar müşahidə edilib.

İqtisadçı ekspert Rəşad Həsənli “Xəzər Xəbər”ə bildirib ki, pandemiyadan sonra iqtisadi sferada risklərin artması bankların kredit siyasətinə də təsir göstərmişdi. Lakin 2022-ci ilin sonlarına doğru bu istiqamətdə dəyişikliklər müsbətə doğru getdi. Bir sıra karantin qadağalarının aradan qalxması Azərbaycan daxilində müəyyən sektorlarda fəaliyyətlərin canlanmasına səbəb olub. Bu bankların kredit siyasətində də özünü göstərir. pizza sifarişi

Ekspert bildirib ki, biznes kreditlərinin həcmi ötən illə müqayisədə 1 milyarda yaxın artıb.

Rəşad Həsənovun sözlərinə görə, sektorlar arasında yaranan bu fərq isə, biznes kreditlərinə bəzi sahələrdə daha çox ehtiyac olduğunu göstərir. İnşaat, iaşə, nəqliyyat və ticarət xidmətlərinin təşkili kimi sahələrdə kreditləşmə nisbətən daha sürətlə genişlənməyə başlayıb. Buna görə də bu növ kreditlərin daha sərfəli şərtlərlə verilə biləcəyi gündəmdədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!