ŞAD XƏBƏR! Pensiyalar vaxtından əvvəl ödəniləcək   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

ŞAD XƏBƏR! Pensiyalar vaxtından əvvəl ödəniləcək - RƏSMİ

Sosial

04 İyun 2025 17:56 31756


Dövlət Sosial Müdafiə Fondu iyunun 5-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının qrafikdən əvvəl ödənilməsini nəzərdə tutub.

Yenisabah.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişinin vaxtından əvvəl həyata keçirilməsi planlaşdırılır.

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Samir
    Rayondakilar bayram qeyd etmirde
    11 months ago
  • Elsen
    Ancaq Baki Sumqayit Abseron Naxcivana Aiddir nece okur bu cox memali bir qreardir menim fikrimce qrafike uygun odenilecek yani bolgeler 20-sonra gozdesin buBolgeler uzre qrafike uygun neyse bu haqda duzgun yanasma olmalidir hami ucun menim fikrimce
    11 months ago
  • Ali
    Rayonda qalanlar bəs? Bizlər insan deyilmiyik bizlər Qurban kəsmirikmi ? Bu milləti parçalamayın bölməyin.
    11 months ago
  • Kenan
    Niye rayon camahatin adam yerine qoyan yoxdu
    11 months ago
  • Aftandil
    Əhali tərəfindən yaxşı qəbul olunmur.
    11 months ago
  • Kamalə
    Bakı və Abşeron,bir də Naxçıvanda yaşayanlar bayrama layiqdirlər...rayonda yaşayanlar insan deyil sizin fikrinizcə???Niyə ayrı seçkilik edirsiz?Camaatı narazı salırsız dövlətdən?Bu nə deməkdir?
    11 months ago
  • Raziyye
    Eybi yox lap vaxtında ödəyin, amma sözünüzün üstündə durun. 6 aydır ki, bizləri yola verirsiz ki, sosial müavinətlər ( 2- ci qrup əlil) artacaq....Daha inanmıram sizə....
    11 months ago
  • Vusale
    Yeqin ancax Bayram Bakililara aitdi bes Bakinin ikinci weheri olan Gencenin pensiyalari niye verilmir axi burda yawayanlar bayram kecirtmir?bu qeder ayri seckilik olmaz
    11 months ago
  • Ayxan
    Rayon canaatını adam yerinə qoyurlar yəni, ona görə də hamı Bakıya köçür ki, iş orda, dolanışıq orda, pensiyalar vaxtından əvvəl verilir, burda qalanlar da sürünür
    11 months ago
  • Gülnar
    Əgər Qurban bayramına görədirsə niyə rayon pensiyaçılarına aid edilmir.onlar bayram keçirməsə də olar deyirlər yəqin
    11 months ago
  • Xaqani
    Elə şad xəbər yazırsınız ki, rayonların pensiyaçıları oxuyub dilxor olurlar.Bu xəbər Bakı Sumqayıt Abşeron pensiyaçılarına aiddir.Onlar oxuyub sevinəcəklər. Qalan rayonların əhalisi isə qrafik üzrə ödənəcək.Sual veririk Bu AYRI SEÇKiLiK nədəndir.Rayonlular bayram eləmirlər?
    11 months ago
  • Xeyal
    Rayon camahati qurban Keşmir ya bayram edmiler
    11 months ago