Sadəcə müharibədən daha artıq... - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Sadəcə müharibədən daha artıq... - VİDEO

Rəsmi

19 Mart 2021 14:33 1563


“Caliber”in “Youtube” hesabında layihənin növbəti təhlili paylaşılıb. Layihə müəllifləri videoda Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkəni Mikael Minasyanın sərsəm bəyanatlarına faktlarla cavab verib.

Minasyanın “onların xalqa çevrilmək üçün qələbəyə ehtiyacı var idi, Nikol Paşinyan bizdən milli arzumuzu aldı və Azərbaycana hədiyyə etdi”, “Azərbaycanlılar qələbənin dadını hiss etdilər” kimi fikirləri ətraflı təhlil edilib və sonda Serj Sarqsyanın kürəkəninə layiqli cavab verilib.

“Caliber” Minasyanın sərsəm bəyanatında yalnız “qələbənin dadının hiss edilməsi” hissəsində həqiqət payının olduğunu da xüsusilə vurğulayıb. pizza hut

Videoda həmçinin Azərbaycan və Ermənistan dövlətçiliyi bir-biri ilə rəqabət aparan iki milli layihə kimi təhlil edilib və Azərbaycan dövlətçiliyinin üstün olması sübuta yetirilib.

Burada ötən əsrin əvvəllərindən 90-cı illərin əvvəllərinə qədər iki xalqın sahib olduğu imkanlar müqayisə edilib. Uzun illər ərzində daha geniş və hərtərəfli imkana sahib olan ermənilərin Sovet Azərbaycanında daha yaxşı mövqeyə sahib olduqları vurğulanıb. Həmin dövr ərzində azərbaycanlıların sovet Ermənistanında imkanları və mövqeləri daha zəif olub.

 Azərbaycan xalqının tarixən qarşılaşdığı bir çox çətinliyə baxmayaraq, ümummilli lider Heydər Əliyev kimi siyasətçiyə sahib olması isə xüsusilə qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!