Sadiq Gözəlov vəzifəsindən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Sadiq Gözəlov vəzifəsindən azad edildi

Hadisə

15 Fevral 2021 10:35 1053


Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru, ehtiyatda olan polis polkovniki Sadiq Gözəlov vəzifəsindən azad edilib.

Yenisabah.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə S.Gözəlov tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, S.Gözəlov uzun müddət Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb və o, 2017-ci ildə təqaüdə göndərilib. Həmin vaxtdan polis polkovniki Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru mülki vəzifəsin təyin edilib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!