Sadiqi: İran əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə maraqlıdır

saytların hazırlanması

Evə çatdırılma

Sadiqi: İran əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə maraqlıdır

Siyasət

08 Aprel 2025 14:16 201


İran Azərbaycan ilə münasibətləri bütün sahələrdə inkişaf etdirməkdə maraqlıdır.

Yenisabah.az xəbər verir ki, bunu İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi aprelin 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.

İranın ölkəmizlə münasibətləri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyən Fərzanə Sadiqi xalqlarımızın tarixi, mədəni, dini və qohumluq əlaqələrinin olduğunu bir daha vurğuladı. pizza sifarişi

Qonaq qeyd edib ki, İran prezidentinin ölkəmizə planlaşdırılan səfəri öncəsi Hökumətlərarası Birgə Komissiyanın iclasının keçirilməsi gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından olduqca əhəmiyyətlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!