Şadlıq sarayının sahibinə cinayət işi açıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Şadlıq sarayının sahibinə cinayət işi açıldı - Foto

Hadisə

14 Avqust 2021 17:46 1053


Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən “Grand Palace” şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yoxlama zamanı şadlıq sarayında keçirilən mərasimdə 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən edilib.

Karantin qaydalarını pozmaqla infeksiyanın yayılmasına şərait yaradan obyektin sahibi Şamil Qebeyev barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb. Toyuqlu pizza

Qeyd edək ki, bir müddət öncə də həmin şadlıq sarayında keçirilən toy mərasimində karantin qaydaları pozulduğu üçün Ş.Qebeyev inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!