Şadlıq saraylarında   YOXLAMALAR OLACAQ - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Şadlıq saraylarında YOXLAMALAR OLACAQ - RƏSMİ

Sosial

10 Sentyabr 2025 23:59 701


Ölkə ərazisində fəaliyyət göstərən şadlıq sarayları və ictimai iaşə obyektlərindən havaya atılan tullantıların mövcud ekoloji normativlərə uyğunluğunu müəyyən etmək məqsədilə növbəti monitorinqlərə başlanılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən sentyabrın 13-dən etibarən ictimai iaşə obyektləri və şadlıq saraylarının ətrafında ölçmə işləri aparılacaq.

pizza mizza

Qeyd olunub ki, monitorinqlər zamanı havaya normadan artıq tullantı atan obyektlər müəyyən ediləcək və onlar barəsində qanunamüvafiq tədbirlər görüləcək.

"Obyekt sahiblərini əvvəlcədən xəbərdar edirik ki, obyektlərindəki təmizləyici qurğuların texniki çatışmazlıqlarını aradan qaldırsınlar və qurğuların filtrlərini vaxtında yeniləsinlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!