Safari turunda DƏHŞƏT –   Qəzəblənmiş fil iki qadını tapdaladı

saytların hazırlanması

Evə çatdırılma

Safari turunda DƏHŞƏT – Qəzəblənmiş fil iki qadını tapdaladı

Dünya

05 İyul 2025 11:20 410


Zambiyada safari zamanı baş verən faciəvi hadisədə iki qadın turist filin hücumuna məruz qalaraq həyatını itirib.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərqində yerləşən Maramba Milli Parkında qeydə alınıb. Məlumatlara görə, 79 yaşlı Gail Parkins və 64 yaşlı Gail Notton adlı ingilis turistlər safari gəzintisi zamanı naməlum səbəbdən qəzəblənən filin hücumuna tuş gəliblər. Təəssüf ki, filin ağır zərbələri nəticəsində hər iki qadın hadisə yerindəcə keçinib.

Milli park rəsmiləri faciəvi olayla bağlı dərhal araşdırmalara başlayıblar. Bu hadisə vəhşi təbiət parklarında təhlükəsizlik tədbirlərinin nə qədər vacib olduğunu bir daha gündəmə gətirib. Safari turlarında bələdçilərin rolu və fövqəladə hallara hazırlıq səviyyəsi də bu cür hadisələrin qarşısının alınmasında həlledici əhəmiyyət kəsb edir. Pepperoni pizza

Rəvan Rzazadə

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!