Safaryan sülh sazişinin imzalanma tarixi barədə nə dedi?

saytların hazırlanması

Evə çatdırılma

Safaryan sülh sazişinin imzalanma tarixi barədə nə dedi?

Dünya

26 Noyabr 2025 13:37 395


Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqlar davam edir, lakin onun imzalanması üçün dəqiq müddət yoxdur.

“Yeni Sabah” armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib.

O qeyd edib ki, tərəflər arasında təmaslar davam edir. pizza hut

Delimitasiya prosesinə toxunan nazir müavini qeyd edib ki, bu, iki ölkənin delimitasiya komissiyalarının rəhbərləri səviyyəsində həyata keçirilir:

"Biz həmişə bu prosesdə baş verən hər şeyi informasiya xarakterli mesajlar vasitəsilə yayırıq. Hər hansı bir inkişaf olarsa, mütləq məlumat xarakterli mesaj veriləcək".

Sülh sazişinin imzalanmasının mümkün tarixləri barədə suala nazir müavini cavab verib ki, o, dəqiq tarixlər deyə bilməyəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!