"İran və Azərbaycanın normal münasibətlərə qayıtmaq iradəsi var".
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İslam Respublikasının keçmiş səfiri Möhsün Pakayin bildirib.
onun sözlərinə görə, İran və Azərbaycan Respublikasının xarici işlər nazirləri arasındakı telefon söhbəti və hər iki tərəfin ortaya çıxan problemləri həll etmək üçün anlaşılmazlıqları aradan qaldırmaq istəyinə işarədir: pizza sifarişi
"Tezliklə iki ölkə arasında normal münasibətlərin şahidi olacağıq. Yolç Nazirliyi və İranın Xarici İşlər Nazirliyi tərəfindən açıqlanan məlumata görə, Azərbaycan və Ermənistana yerüstü və hava yolları açıqdır. Fikrimcə, kiberməkanda bəzi fərdlər ölkələr arasındakı fikir ayrılıqlarını gücləndirməyə çalışır və onları dalana dirətmək istəyir. Amma əsassız informasiyalara əhəmiyyət verməməli, xəbərləri rəsmi kanallar vasitəsilə xəbərləri izləməliyik. Hökumətin gündəmində olan qonşularla, o cümlədən Azərbaycanla əməkdaşlıq siyasəti nəzərə alınmaqla, mövcud vəziyyəti idarə edilməlidir. Mübahisələrin artması yalnız sionist rejimin (İsrailin - red.) xeyrinədir".
Keçmiş səfir İran rəsmilərinin şimal-qərb sərhədlərində təhlükəyə vurğusunu belə izah edib: "Sionist rejimin olması təbii olaraq İran üçün narahatlıq yaradır. Bu rejimi harada olursa-olsun güvənsizliyə səbəb olur və İranın qonşuları ilə münasibətlərini pozmağa çalışır. Narahatlıqlar Azərbaycana çatdırılıb və onlar həm rəsmi, həm də dostcasına dedilər ki, öz ərazisinin başqa ölkəyə qarşı istifadəsinə icazə verməyəcəklər. Bu, dostyana danışıqlarında qaldırılmalı və müzakirəsi davam etdirilməli olan məsələlərdir. Ümid edirik ki, tezliklə qarşılıqlı əlaqələrdə müsbət bir tendensiya görəcəyik".
Möhsün Pakayin vurğulayıb: "İki ölkə arasında gedən siyasi məsləhətləşmələr hər iki tərəfin əlaqələrin normallaşması üçün lazımi iradəyə sahib olduğunu göstərir".
Telegram kanalımız