“Eurovision-2010” müsabiqəsinin iştirakçısı Safura Əlizadənin qızı ilə bağlı paylaşımı marağa səbəb olub.
Yenisabah.az xəbər verir ki, o, sosial şəbəkə hesabında kiçik qızı Aişənin mahnı oxuduğu kadrları bölüşüb.
Görüntülərdə qızcığaz Türkiyədə məşhur olan “Kara kedi” mahnısını səsləndirib. Görüntülər qısa zaman ərzində yüzlərlə bəyənmə və şərh alıb. Dominos pizza
S.Əlizadənin pərəstişkarları qızının da özü kimi istedadlı olduğunu yazaraq tərif yağışına tutublar.
S. Əlizadə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlidir. Cütlüyün 2 oğul və 1 qızı var. Onlar uzun illərdir Türkiyədə yaşayırlar.
Telegram kanalımız